Lukaşenko and içdi - Yeddinci dəfə prezident vəzifəsinin icrasına başladı

2025-ci il yanvarın 26-da keçirilən seçkidə yeddinci dəfə Belarus Prezidenti seçilən Aleksandr Lukaşenko rəsmən səlahiyyətlərinin icrasına başlayıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Minskdəki Müstəqillik Sarayında prezidentin təntənəli andiçmə mərasimi keçirilib.
Ölkənin yüksəkvəzifəli şəxslərinin, eləcə də inaqurasiyaya dəvət olunmuş çox sayda qonağın iştirak etdiyi mərasimdə A.Lukaşenko sağ əlini Belarus Konstitusiyasının üzərinə qoyaraq, belarus dilində xalqa sədaqətlə xidmət edəcəyinə, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşacağına və qoruyacağına, ölkənin əsas qanunlarına əməl edəcəyinə və qoruyacağına and içib.
Bundan sonra dövlət başçısı vəzifəyə başlamaya dair aktı imzalayıb. Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko A.Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.
Oxşar xəbərlər
Bred Pitt Ancelina Colidən ayrıldıqdan sonra bundan əziyyət çəkib
Hollivud ulduzu Bred Pittlə yeni fakt ortaya çıxıb. BAKU.WS xəbər verir ki, onun keçmiş həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra alkoqol aslılğından əz...
