Londonda sinaqoqa hücum cəhdi: bina yandırılmaq istənilib
Böyük Britaniyanın paytaxtı Londonun şimal-qərbində yerləşən sinaqoqa hücum edilib. Naməlum şəxslər binanı yandırmağa cəhd göstərib. Bu, son iki gün ərzində qeydə alınan ikinci belə hadisədir.
BAKU.WS Sky News-un məlumatına istinadən xəbər verir ki, gecə saatlarında Kenton United Synagogue ərazisinə polis və yanğınsöndürmə xidmətləri cəlb olunub.
Baş ravvin baş verənləri "qorxaq hücum" kimi qiymətləndirərək bildirib ki, ölkədə yəhudi icmasına qarşı zorakılıq və qorxu yaratmağa yönəlmiş hallar artmaqdadır.
Qeyd edək ki, bir gün əvvəl də paytaxtın eyni istiqamətində yəhudi xeyriyyə təşkilatına məxsus binaya hücum edilmişdi.
Son hadisə zamanı sinaqoqun otaqlarından birində tüstülənmə qeydə alınıb. Xəsarət alan olmayıb, binaya ciddi ziyan dəymədiyi bildirilib.
Oxşar xəbərlər
Buralarda yavaş gedən maşın dron qurbanıdır: "Səhərki hücumun qarşısını tanışım aldı"
- Buraxacaqsınız, gedim, yoxsa yox? - Çox sürətlə gəlirdiniz, - deyə papağının arxasından başını qaşıyan ukraynalı polis tərəddüdsüz dillənərək davam etmək istə...