London Kiyevə yeni hərbi yardım paketi ayırır
12
fev
2025
23:50
Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatları və tanklar da daxil olmaqla yeni hərbi yardım paketi göndərməyi qərara alıb.
"Report" xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
"150 milyon funt sterlinq (təxminən 186 milyon ABŞ dolları – red.) dəyərində yeni hərbi yardım paketinə dronlar, tanklar və hava hücumundan müdafiə sistemləri daxildir", – bəyanatda qeyd olunub.
Bildirilib ki, yardım paketinə minlərlə dron, onlarla tank və zirehli texnika, həmçinin Ukraynanın mövcud hərbi texnikasının texniki qulluğu üçün böyük müqavilələr daxildir.
Oxşar xəbərlər
Güllü cinayəti ilə bağlı etiraf: "Qızı öldürdüyü anasının cənazəsində "Oskar"lıq rol oyanyırdı"
Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı aparılan məhkəmə prosesində hadisənin təfərrüatlarını dəyişə biləcək yeni səs yazısı ortaya çıxıb. Hadisə gecəsi mənzi...