Liverpulda parad zamanı azarkeşlərin üzərinə maşın sürdü - Onlarla yaralı var
İngiltərə Premyer Liqasında qələbə şərəfinə keçirilən bayram paradında avtomobil "Liverpul" klubunun azarkeşlərinin izdihamına çırpılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə dördü uşaq olmaqla 47 nəfər yaralanıb.
Onlardan 27-si xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs Liverpulda yaşayan 53 yaşlı kişi olub. Hadisə terror aktı kimi qiymətləndirilmir.
Xatırladaq ki, "Liverpul" İngiltərə Premyer Liqasının 38 turunda 84 xal toplayaraq 2024/2025 mövsümündə İngiltərə çempionu olub. İkinci pillədə qərarlaşan "Arsenal"la fərq 10 xal olub.
Qalereya
Oxşar xəbərlər
"Hizbullah" İsrail ilə Livan arasındakı atəşkəsin şərtlərini qəbul etməyib
"Hizbullah" qruplaşması İsrail ilə Livan hakimiyyətləri arasında bağlanmış atəşkəs şərtləri ilə razı deyil". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barəd...