Livandakı partlayışları kim və necə törədib? - ŞOK DETALLAR
Ötən gün Livanın paytaxtı Beyrut başda olmaq, bir sıra bölgələrində silsilə partlayışlar qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu silsilə partlayışlar "Hizbullah" təşkilatının mesajlaşma üçün istifadə etdiyi xüsusi peycerlərdlə baş verib.
Livan Səhiyyə Nazirliyi açıqlayıb ki, bu dəqiqəyə kimi partlayışlar zamanı 11 nəfər həlak olub, 3 minə yaxın insan isə yaralanıb.
🚨🇱🇧 WIDE SCALE TERRORIST ATTACK ON LEBANON
— Expat Vibes (@expatvibes) September 17, 2024
Thousands of pagers simultaneously exploded all over the country, causing mass injuries, and 8 deaths so far. pic.twitter.com/JdmLQsG83f
Bəs Livanda bir anda xaosa səbəb olan partlayışlar necə baş verib və bunun arxasında kim dayanıb?
Əvvəlcə ondan başlayaq ki, partlayışlar Beyrutda təxminən 30 dəqiqə davam edib. Partlayışlar zamanı xəsarət alanların çoxu əl və qarın hissədən yaralanıblar. Sosial mediada yayılan və "Hizbullah" üzvləri tərəfindən istifadə edildiyi deyilən 3 peycer modelinin adı hallanır. Müvafiq olaraq, sözügedən peycer modellərindən ikisi ABŞ, biri isə Tayvan şirkətlərinin istehsalı olan məhsullardır.
Qurğulardan biri 1900-cü illərin əvvəllərindən telefon və digər rabitə cihazları istehsal edən "Motorola" şirkətinə məxsusdur. Bununla belə, hadisənin baş verdiyi gün axşam saatlarına qədər "Hizbullah" üzvlərində partlayan peycerlərin görüntüsü arasında "Motorola" markasına rast gəlinməyib.
Sosial mediada ən çox paylaşılan cihaz Tayvan istehsalı olan "Apollo Gold" şirkətinin məhsuludur. Mərkəzi ofisi Honq Konqda yerləşən "Apollo Systems HK" şirkəti tərəfindən satılan "Gold Apollo Rugged Pager AR924" modeli partlayan peycerlərdən olub. Tayvan polisi dünən Livan və Suriyada minlərlə partlayan peycer istehsalçısı "Gold Apollo" şirkətinin qərargahında axtarış aparıb.
Məlumat üçün bildirək ki, sözügedən şirkətlər mobil telefonlar və internetin geniş yayılması səbəbindən bu cihazların satışını çoxdan dayandırıblar. Məlum peycerlər məhz ikinci əl məhsul kimi alınıb.
ABŞ Dövlət Departamenti Livanda "Hizbullah" üzvlərinin istifadə etdiyi peycerlərin eyni vaxtda partladılmasında heç bir iştirakının olmadığını və insidentə kimin cavabdeh olduğuna dair qiymətləndirmə aparılmayacağını açıqlayıb.
Livandakı hücumlardan sonra İsrail ordusunun Baş Qərargah İdarəsi bütün növ hücumlara hazır olmaq əmri verib. Bəyanatda həmçinin qeyd olunub ki, ön cəbhə komandanlığı tərəfindən ictimaiyyətin riayət etməsi üçün verilən təhlükəsizlik direktivlərində heç bir dəyişiklik olmayıb.
Ekspertlər Livanda genişmiqyaslı peycer hücumunda İsrailin xarici kəşfiyyat idarəsi olan MOSSAD-ın iştirakını istisna etmirlər. Bu, Livandan sifariş verilən peycerlərin ilk olaraq MOSSAD tərəfindən ələ keçirildiyi və lazım olan müdaxilələrin edildiyi mənasını verir. MOSSAD cihazların akkumulyatorlarına "PETN" adlı güclü partlayıcı maddə yerləşdirib və batareyaların temperaturunu uzaqdan artıraraq partladıb. İsrailin ilkin planı "Hizbullahı"n peycerlərini yalnız genişmiqyaslı müharibə zamanı partlatmaq olub. Lakin qrupun bir neçə üzvü bombaları aşkar etdiyi üçün onları dərhal partlatmaq qərarına gəlinib.
Oxşar xəbərlər
Beyrutda partlayış olub, İran səfiri və "Hizbullah"ın minlərlə döyüşçüsü yaralanıb
Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində baş verən partlayışda "Hizbullah"ın minə yaxın döyüşçüsü yaralanıb. BAKU.WS "Reporta istinadən xəbər verir ki, bu...