Livana zərbələr davam edəcək, hərbi təzyiq artırılacaq - Netenyahu
İsrailin Baş naziri Benyamin Netanyahu Livana qarşı əməliyyatların davam edəcəyini açıqlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verilir ki, Netanyahu həftəlik kabinet iclasında çıxışı zamanı orduya verdiyi "güclü zərbələr" tapşırığından sonra hücumların davam etdiriləcəyini vurğulayıb. O, Hizbullahın atəşkəsi pozduğunu iddia edərək hərbi təzyiqin artırılacağını bildirib.
Baş nazir qeyd edib ki, İsrail yalnız cavab tədbirləri ilə kifayətlənməyəcək, eyni zamanda təhlükələri aradan qaldırmaq üçün əməliyyatları davam etdirəcək.
Qeyd edək ki, İsrail və Hizbullah arasında qarşıdurma aprelin 17-də qüvvəyə minən müvəqqəti atəşkəslə qısa müddətə dayandırılmışdı. Lakin tərəflərin qarşılıqlı ittihamları fonunda bu razılaşmanın effektivliyi sual altına düşüb.
Məlumata görə, martın 2-dən etibarən İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində ölkənin cənub bölgələrində ciddi dağıntılar qeydə alınıb. Rəsmi məlumatlara əsasən, hücumlar səbəbindən 1 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.
Oxşar xəbərlər
İspaniyada lunaparkda qəza: "Steel Max" oyuncağının trosu qopdu, 4 nəfər yaralandı
İspaniyanın Sevilla şəhərində lunaparkda baş verən qəza nəticəsində 4 nəfər xəsarət alıb. BAKU.WS xəbər verir ki, hadisə illik yarmarka çərçivəsində fəaliyyət g...