Litva Avropanın nüvə təhlükəsizliyinə görə Parisin təkbaşına məsuliyyət daşımasına qarşı çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa nüvə təhlükəsizliyinə görə məsuliyyət tam olaraq Fransanın üzərinə düşə bilməz.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Litvanın Baş naziri Gintautas Palutskas jurnalistlərə bildirib.
"NATO-nun nüvə doktrinasını "indi bunun fikrini Fransa çəkəcək" ifadəsi ilə əvəz etmək barədə iddialar son dərəcə məsuliyyətsiz və hətta təhlükəlidir", - o bildirib.
Litvanın Baş naziri qeyd edib ki, bu gün Avropanın arxalandığı NATO arsenalı, ABŞ arsenalı Fransanın imkanlarından on dəfə üstündür.
G.Palutskas hesab edir ki, Parisin təklifi xeyli maliyyə tələb edəcək.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...