Küveyt üzərində ABŞ-nin daha bir F-15 qırıcısı vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
Küveyt hava məkanında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dördüncü "F-15 Eagle" tipli qırıcının vurulub.
BAKU.WS İran KİV-nə istinadən xəbər verir ki, təyyarənin hansı vasitə ilə vurulduğu barədə detallı informasiya verilməyib.
Eyni zamanda, "The Wall Street Journal "nəşrinin yaydığı məlumatda fərqli versiya irəli sürülür. Bildirilir ki, ilk üç ABŞ təyyarəsi hava hücumundan müdafiə sistemləri tərəfindən deyil, Küveytin milli hava qüvvələrinə məxsus "F/A-18 Hornet" qırıcısı tərəfindən vurulub.
Qəzetin məlumatına əsasən, Küveyt pilotu "hava-hava" tipli üç raket buraxıb və raketlərin hamısı hədəfə dəqiq çatıb. Hadisənin səbəbləri və tərəflər arasında mümkün insidentin detalları barədə hələlik rəsmi açıqlama verilməyib.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...