Küba ABŞ-nin yeni sanksiyalarına sərt reaksiya verib

Küba ABŞ-nin yeni sanksiyalarına sərt reaksiya verib
Dünya 18

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin tətbiq etdiyi yeni sanksiyaların iki ölkə arasında gərginliyi daha da artıracağını bildirib.

BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Vaşinqtonun addımlarını Kubaya qarşı təzyiqlərin gücləndirilməsi cəhdi kimi qiymətləndirib.

Dias-Kanel qeyd edib ki, ABŞ administrasiyasının siyasəti Kuba xalqına zərər vurmağa yönəlib. O vurğulayıb ki, ölkəsi istənilən təzyiqə və mümkün qarşıdurma ssenarisinə qarşı müqavimət göstərmək əzmindədir.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Migel Dias-Kanel də daxil olmaqla bir sıra şəxsləri və Kuba İnqilabi Silahlı Qüvvələri Nazirliyi də daxil olmaqla beş qurumu sanksiyalar siyahısına əlavə edib.

Kübanın xarici işlər naziri Bruno Rodriqes də Vaşinqtonun qərarını tənqid edərək, bunun ABŞ-nin Kubanı təhlükə kimi göstərmək cəhdinin növbəti nümunəsi olduğunu bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər