Kreml açıqladı: Putin Trampın elçiləri ilə 3 saatdan çox nə danışıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında Moskvada keçirilən görüşün detalları açıqlanıb.
BAKU.WS xəbər verir ki, Kremlin məlumatına görə, üç saatdan artıq davam edən danışıqlar səmimi və konstruktiv atmosferdə keçib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşü "məzmunlu, konstruktiv, son dərəcə səmimi və etibarlı" kimi xarakterizə edib.
Uşakovun sözlərinə görə, Putin görüş zamanı Ukraynada davam edən müharibə ilə bağlı Rusiyanın mövqeyini və vəziyyətə dair hərtərəfli qiymətləndirməsini ABŞ nümayəndələrinə çatdırıb. Rusiya lideri münaqişənin əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Danışıqlar zamanı Uitkoff və Kuşner Ukrayna münaqişəsinin həlli ilə bağlı öz təkliflərini təqdim ediblər. Onların qarşıdakı Kiyev görüşlərində Moskvada əldə etdikləri qiymətləndirmələrdən və Putinin mövqeyindən istifadə edəcəkləri bildirilib.
Görüşdə yalnız Ukrayna məsələsi deyil, Rusiya ilə ABŞ arasında gələcəkdə həyata keçirilə biləcək birgə layihələr də müzakirə olunub.
Yuri Uşakov əlavə edib ki, Putin və Tramp arasında birbaşa təmaslar davam etdiriləcək. Uitkoff və Kuşner isə Ukrayna üzrə nizamlanma istiqamətində işlərini davam etdirəcəklər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...