Koreyada meşə yanğını: 1200 nəfər təxliyə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyanın Daegu şəhərində başlayan meşə yanğını səbəbindən 1200-dən çox insanın təxliyə edildiyi bildirilib.
BAKU.WS xəbər verir ki, Koreya Meşə Xidməti tərəfindən yayılan açıqlamada qeyd olunub ki, yanğın yerli vaxtla saat 14 radələrində başlayıb və güclü küləklər səbəbindən iki saatdan az bir müddətdə təxminən 50 hektar ərazini əhatə edib.
Yanğının söndürülməsi üçün bölgəyə 26 helikopter və 202 yanğınsöndürən göndərilib. Rəsmi məlumatlara görə, hadisə nəticəsində xəsarət alan və ya həyatını itirən olmayıb.
Hazırda yanğının tam nəzarət altına alınması üçün işlər davam etdirilir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...