Köpəkbalığı məşhur idmançını parçalayıb
Yeni Zelandiya sahillərində böyük ağ köpək balığı məşhur reqbi oyunçusunu parçalayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "National World" məlumat yayıb.
Hadisə noyabrın 19-da, çərşənbə axşamı Çatem arxipelaqı yaxınlığında baş verib. 24 yaşlı idmançı Ceyd Kahukore-Dikson qayıqdan suya düşən zaman yırtıcı balıq ona hücum edib. Gənc ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyib.
Kahukore-Diksonun atası bildirib ki, o, uşaqlıqdan balıqçılıq və dalğıclıqla maraqlanırdı. Bundan əlavə, 2018-ci ildə möcüzə nəticəsində köpək balığı hücumundan xilas olmuşdu, Onun ayağı dənizin dibində daşların arasına ilişmiş və həmin vaxt gənci ən yaxın dostu xilas etmişdi.
Oxşar xəbərlər
İranın cənubunda 5.3 bal gücündə zəlzələ qeydə alınıb
İranın cənubunda 5.3 bal gücündə zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) seysmik şəbəkəsi məlumat yayıb. Məl...