Kolumbiyada güclü zəlzələdən sonra yeni yeraltı təkanlar qeydə alınıb
Kolumbiyada 7,4 maqnitudalı zəlzələdən sonra yeraltı təkanlar davam edir.
BAKU.WS xəbər verir ki, ölkənin Geoloji Xidmətinin məlumatına görə, son saatlarda daha 5 zəlzələ qeydə alınıb.
Seysmoloqların məlumatına əsasən, ən güclü iki təkanın maqnitudası 3,6 olub.
Xatırladaq ki, 7,4 maqnitudalı zəlzələ avqustun 10-da San-Xose-del-Palmar yaşayış məntəqəsi yaxınlığında baş verib. Təbii fəlakət nəticəsində 160-dan çox insan həyatını itirib. Hazırda xilasedicilər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirirlər.
"El Tiempo" qəzeti hadisəni son 27 ildə Kolumbiyada baş verən ən dağıdıcı zəlzələ kimi qiymətləndirib.
Təkanlar ölkənin paytaxtı Boqotada, həmçinin Pereyra və Manisales şəhərlərində də hiss olunub. Çoxsaylı evlər dağılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.
Zəlzələ nəticəsində bir sıra avtomobil yollarında hərəkət dayanıb, hava limanlarının fəaliyyəti isə müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qeyd edək ki, zəlzələdən sonra dağıntılar altından canlı körpə də xilas edilib.
Oxşar xəbərlər
Oman körfəzində konteyner gəmisinə raket hücumu olub
Oman körfəzində konteyner gəmisinə raket zərbəsi endirilib. Hadisə Pakistanın Qvadar limanı yaxınlığında baş verib. BAKU.WS xəbər verir ki, Böyük Britaniyanın D...