Kolumbiyada 7.4 maqnitudalı zəlzələdə ölənlərin sayı 132-ə çatıb
11
avq
2026
09:40
Kolumbiyada baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb.
BAKU.WS xəbər verir ki, təbii fəlakət zamanı 700-dən çox insan yaralanıb. Hazırda dağıntılar altında qalanların axtarışı və xilasetmə işləri davam etdirilir.
Ölkənin üçüncü böyük şəhəri Kali şəhərində bəzi yolların dağıldığı, 10 xəstəxananın fəaliyyətini dayandırdığı bildirilib. Boqota və Medellindən xilasetmə qrupları bölgəyə göndərilib.
Kibdo və Manizales şəhərlərində isə zəlzələ nəticəsində su, elektrik, rabitə və nəqliyyat xidmətlərində fasilələr yaranıb.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış ü...