Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi
"Dekabr ayında Gürcüstanda iğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət partiyalarının ofislərində aparılan axtarışları şərh edərkən deyib.
"Biz 1-27 noyabr tarixləri arasında Gürcüstanda pirotexnikanın satış statistikalarını yoxladıq, ötən illə müqayisədə bu satışlar 90% artıb. Onlar hər şeyi əvvəlcədən planlaşdırmışdılar. Bu gün hüquq-mühafizə orqanları ofislərə daxil olub, materialları götürdü, müxalifət liderləri dərhal etiraf etdilər ki, pirotexnika alıblar, öz etirafları ilə bir daha göstərdilər ki, bütün bunların arxasında partiya resursu dayanır", - İ.Kobaxidze brifinqdə bildirib.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...