"Kızılcık Şerbeti"nin yeni afişası qalmaqala səbəb oldu

Kızılcık Şerbetinin yeni afişası qalmaqala səbəb oldu
Foto
Dünya 1779

Türkiyənin reytinqli layihələrindən olan "Kızılcık Şerbeti"nin yeni afişası qalmaqala səbəb olub.

BAKU.WS xəbər verir ki, afişada yeni mövsm aktyorlarından sadəcə Şebnem Bozoklu yer alıb.

Ekran işində rol alan aktyor Kaan Taşaner(Giray) da haqlı olaraq buna üsyan edib.

O sosial şəbəkə hesabında bununla bağlı status yazaraq narazılığını bildirib:

"Hörmətsizlik, açıq formada edilən təhqirə nisbətən daha az təcavüzkar olsa da, bu adamı incidir. Məsələn, qarşıdakı insan təhqir olunmur, lakin onun insan kimi mövcudluğu da tanınmır. Bu insan əhəmiyyətli bir insan kimi qəbul edilmir. Niyə bu qədər az hörmət var?".

Aktyor bu paylaşımından sonra instaqram hesabını silib.

Xatırladaq ki, serialda Barış Kılıç, Evrim Alasya, Ahmet Mümtaz Taylan, Sıla Türkoğlu, Sibel Taşçıoğlu və Doğukan Güngör

kimi aktyorlar yer alıblar.

Son xəbərlər