"Kızılcık Şerbeti"nin Nilayı barədə istintaq başladıldı

Kızılcık Şerbetinin Nilayı barədə istintaq başladıldı
Dünya 224

"Kızılcık Şerbeti" serialının aktrisası Feyza Civelek barədə istintaq başladılıb.

BAKU.WS xəbər verir ki, buna səbəb Feyzanın keçmiş sevgilisi Alican Kurtun paylaşımı olub.  Belə ki, aktrisanın keçmiş sevgilisi onunla bağlı sosial şəbəkədə paylaşım edib. Bu paylaşıma Alicanın dostu Mert Vanq alçaldığı rəy yazıb. Bu Feyzanı özündən çıxarıb. 

Bundan sonra Feyza Mertə təhdid dolu mesaj yazıb.

"Həyatında bir dəfə də olsa məni görməmisən, münasibətimə müdaxilə etmək haqqını necə tapmısan? Mən Türkiyənin ən tanınmış aktyorlarından biriyəm. Alican, sənin kimi lazımsız birinin şərhinə əməl edəcəkmi? Sənin nömrəni aldım, bir daha mənim haqqımda danışdığını eşitsəm, səni körpüdən asaram" -deyə Feyza qeyd edib. 

Şantaj edildiyini görən Mert Feyzanı şikayət edib. Onun barəsində istinaq başladılıb. 

Xatırladaq ki, Feyza Civelek "Kızılcık Şerbeti"ndə Nilay obrazına həyat verir. 

Son xəbərlər