"Kızılcık Şerbeti" aktrisası 5 ilə qədər həbs oluna bilər
"Kızılcık Şerbeti" serialının aktrisası Feyza Civelek 5 ilə qədər həbs oluna bilər.
BAKU.WS xəbər verir ki, keçmiş sevgilisinin dostunu təhdid etdiyinə görə onun həbsi istənilib.
Civelek ona dediyi "səni körpüdən ataram" sözlərinə görə növbəti aylarda hakim qarşısına çıxacaq.
Qeyd edək ki, Feyzanın keçmiş sevgilisi Alican Kurt onunla bağlı sosial şəbəkədə paylaşım edib. Bu paylaşıma Alicanın dostu Mert Vanq alçaldığı rəy yazıb. Bu Feyzanı özündən çıxarıb.
Bundan sonra Feyza Mertə təhdid dolu mesaj yazıb.
"Həyatında bir dəfə də olsa məni görməmisən, münasibətimə müdaxilə etmək haqqını necə tapmısan? Mən Türkiyənin ən tanınmış aktyorlarından biriyəm. Alican, sənin kimi lazımsız birinin şərhinə əməl edəcəkmi? Sənin nömrəni aldım, bir daha mənim haqqımda danışdığını eşitsəm, səni körpüdən ataram" -deyə Feyza qeyd edib.
Xatırladaq ki, Feyza Civelek "Kızılcık Şerbeti"ndə Nilay obrazına həyat verir.
Oxşar xəbərlər
Rusiya Ermənistandan karantin nəzarəti altında olan malların idxalını qadağan edib
Rusiya iyunun 12-dən etibarən Ermənistandan göndərilən və karantin nəzarətinə aid edilən bütün məhsulların ölkəyə idxalını, eləcə də bu məhsulların Rusiya ərazi...