Kiyevə PUA hücumu olub

Kiyevə PUA hücumu olub
Dünya 100

Kiyevdə hava hücumu siqnalı fonunda partlayış səsləri eşidilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Birinci kanal" öz Telegram kanalında məlumat verib.

"Kiyevdə yenidən partlayışlar eşidilib, bunu "Birinci kanal" bildirir", - deyə məlumatda qeyd olunub. Partlayışlardan sonra yaşayış olmayan binada yanğın başlayıb.

Bu barədə Kiyev Bələdiyyə sədri Kliçko bildirib.

"Evakuasiya aparılır, xəsarət alan yoxdur", - deyə bildirilib.

Kliçkonun məlumatına görə, yaşayış olmayan obyekt Solomenka rayonunda pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanmağa başlayıb. Hazırda hadisə yerində xilasedici xidmətlər çalışır.

Obolon və Solomenka rayonlarında pilotsuz uçuş aparatlarının qalıqları aşkar edilib, ikinci rayonda isə onlar sənaye müəssisəsi ərazisinə düşüb.

Bundan başqa Voronej vilayətinə də PUA hücumu olub. Qubernator Qusev bildirib ki, hava hücumundan müdafiə sistemi Voronej üzərində iki reaktiv PUA-nı vurub.

Qusevin sözlərinə görə, hər iki pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. "İlkin məlumata görə, xəsarət alanlar və dağıntılar yoxdur. Regionda PUA hücumu təhlükəsi rejimi davam edir", - deyə vilayət rəhbəri bildirib.

Oxşar xəbərlər

Ukrayna Prezidenti: Rusiya heç bir ərazini hədiyyə almayacaq

Ukrayna Prezidenti: Rusiya heç bir ərazini hədiyyə almayacaq

Rusiya heç bir ərazini hədiyyə almayacaq, Ukrayna və onun müttəfiqləri ədalətli sülhə nail olmaq üçün bu ölkəyə təzyiqləri artıracaq. BAKU.WS AZƏRTAC-a istinadə...

121 Dünya 23:36 19 oktyabr 2025

Son xəbərlər