Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binasına ziyan dəyib
Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binasına ziyan dəyib.
BAKU.WS xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk məlumat verib.
Düşən pilotsuz təyyarənin dağıntıları nəticəsində binaya ziyan dəyib.
Xatırladaq ki, bir gün əvvəl Ukraynanın bir neçə bölgəsində partlayış səsləri eşidilib.
Oktyabrın 29-da Ukrayna bir neçə regionda hücuma məruz qalıb. Təfərrüatlar açıqlanmayıb.
Ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, Ukrayna paytaxtında hava hücumu xəbərdarlığı elan edilib. Kiyev, Jitomir və Çerniqov vilayətlərində də həyəcan təbili çalıb.
Daha sonra ölkənin şimalında Sumidə partlayışların baş verdiyi barədə xəbər yayılıb. Zədələnmiş infrastruktur obyektləri barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
"İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna,...