Kiyev sakinləri yaşadıqları dəhşəti danışdılar: "Möcüzə oldu, sağ qaldıq"
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya avqustun 28-i gecə saatlarında Ukrayna ərazisinə növbəti dəfə hücum edib.
Məlumata görə, Kiyevə endirilən kütləvi hava zərbələri nəticəsində ölən və yaralananlar var.
"Partlayış baş verdi, pəncərələr və qapılar dağıldı. Möcüzə nəticəsində sağ qaldıq. Yaşananların hamısı dəhşətdir. Bəli, bizim dinc insanları vuran belə bir "böyük qardaşımız" var. O dəli olub və dayanmadan bizi vurur", - deyə Kiyev sakini bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı nümayəndəliyinin Kiyevdəki binasının hədəfə alındığına toxunaraq Rusiyaya qarşı təzyiqin artırılmalı olduğunu deyib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...