KİV: Ukrayna NATO ölkələrinin ehtiyatda olan zabitlər konfederasiyasına qoşulub
Ukrayna NATO ölkələrinin ehtiyatda olan zabitlərinin Birləşmiş Konfederasiyasının (CIOR) üzvü olub.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbələr məlumat yayıb.
Məlumata görə, Ukraynanın üzvlüyünün lehinə NATO ölkələrinin ehtiyatda olan zabitlər assosiasiyalarının rəhbərləri səs veriblər. Ukrayna CIOR-a Ukrayna ehtiyatda olan zabitlər və veteranlar assosiasiyası vasitəsilə qoşulub.
Nəşr vurğulayır ki, qoşulma prosesini müdafiə nazirinin müavini, ədliyyə briqada generalı Sergey Melnik dəstəkləyib və əlaqələndirib.
Qeyd edək ki, CIOR 1948-ci ildə - NATO-nun yaradılmasından bir il əvvəl təsis edilib. NATO-nun tərəfdaşları arasında yalnız Ukrayna, İsveçrə və Avstriya Birləşmiş Konfederasiyanın üzvləridir. Qoşulma barədə rəsmi şəkildə yanvarın 31-də elan ediləcəyi gözlənilir.
Oxşar xəbərlər
Bloomberg: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
2026-cı ilin yaz aylarının ilk iki ayının yekunlarına görə, qlobal neft ehtiyatları rekord sürətlə azalaraq gündəlik təxminən 4 milyon barel həcmində geriləyib....