KİV: Tramp Zelenskiyə Ukraynaya hava hücumundan müdafiə sahəsində kömək etmək istədiyini söyləyib

ABŞ Prezidenti Donald Tramp hava hücumundan müdafiə sahəsində Ukraynaya dəstək vermək istədiyini açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, prezidentlər Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyaclarını müzakirə ediblər.
"Prezident Tramp cümə günü telefon danışığı zamanı Ukrayna Prezidentinə bildirib ki, ABŞ Rusiya hücumlarının artması fonunda Ukraynaya hava hücumundan müdafiə sahəsində kömək etmək istəyir", - qəzet məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, Tramp tədarüklərdə mümkün gecikmələri yoxlamağa söz verib və kömək etməyə hazır olduğunu bildirib.
Nəşr yazıb ki, tərəflər həmçinin hava hücumundan müdafiə və digər silah növləri ilə bağlı məsələləri müzakirə etmək üçün ABŞ və Ukrayna nümayəndələri arasında görüşün keçirilməsini razılaşdırıblar.
Oxşar xəbərlər
İrəvanda kütləvi yürüşlərlə əlaqədar MTX binasında təhlükəsizlik gücləndirilib
İrəvanda kütləvi yürüşlərlə əlaqədar polis Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının yerləşdiyi ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. BAKU.W...
