KİV: Tramp İrana qarşı "maksimum təzyiq strategiyasına" qayıtmağı planlaşdırır
16
yan
2025
19:57
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İrana qarşı "maksimum təzyiq strategiyası"na, o cümlədən yeni genişmiqyaslı sanksiyalar paketinə qayıtmağı düşünür.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlər artıq fevral ayında tətbiq oluna bilər və onun İranın neft sənayesindəki əsas oyunçulara təsir edəcəyi gözlənilir.
Mənbələr bildiriblər ki, Trampın əsas müşavirləri arasında Tehrana qarşı sərt iqtisadi siyasətə qayıtmağın zəruriliyi ilə bağlı ümumi konsensus var.
Oxşar xəbərlər
İranda müharibə zamanı 7 250 nəfər dağıntılar altından xilas edilib
ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başladığı hərbi əməliyyatlar zamanı ölkə üzrə 7 250 nəfər dağıntılar altından sağ çıxarılıb. BAKU.WS xəbər verir ki,...