KİV: Qəzzada atəşkəs razılaşması əldə olunub

Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.
"Report" xəbər verir ki, bu barədə "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb. Telekanal iddia edir ki, müvafiq rəsmi bəyanat yaxın vaxtlarda dərc olunacaq. Əldə olunan razılaşmanın təfərrüatları və şərtləri hələlik açıqlanmır.
"Əl-Cəzirə" telekanalı bildirib ki, Qəzzada atəşkəs razılaşmasının ilk mərhələsində 33 israilli girov azad olunacaq.
Bununla yanaşı, İsrailin öz qüvvələrini Qəzza zolağının sərhədlərindən 700 metr məsafəyə geri çəkəcəyi barədə xəbərlər yayılıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Oxşar xəbərlər
Müharibənin bir ili neçə milyarda başa gəlir? - Zelenski AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin qarşıdakı hədəflərini açıqlayıb. BAKU.WS xəbər verir ki, o, Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə...
