KİV: Kanada hökuməti Trampın onlardan yeni güzəştlər tələb edəcəyini düşünür

KİV: Kanada hökuməti Trampın onlardan yeni güzəştlər tələb edəcəyini düşünür
Dünya 30

Kanada hökuməti düşünür ki, ABŞ Prezidenti Donald Tramp onları ticarət rüsumları ilə qorxutmağa davam edəcək və Ottavadan yeni güzəştlər əldə etməyə çalışacaq.

"Report" xəbər verir ki, bu barədə CBC telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Kanada rəsmiləri Trampın rüsumlar tətbiq etmək vədinə əməl etməməsindən məmnundurlar, lakin eyni zamanda onun Kanadadan bütün mümkün güzəştləri almaq üçün ABŞ-nin iqtisadi təsirindən istifadə edəcəyini gözləyirlər.

Mənbələr bildiriblər ki, Tramp rüsumları Amerikanın istehsal sektorunun yenidən qurulmasına və qazanc əldə etməyə kömək etmək üçün yol kimi görür. Eyni zamanda, bəzi mənbələr Trampın rüsumları ertələdiyi vaxtın sonuna qədər əlavə tələblər irəli sürəcəyindən narahatlığını ifadə edib.

Son xəbərlər