KİV: Kamçatka hava limanında dağıntı olub, xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Kamçatkada baş verən 8.7 ballıq zəlzələdən sonra hava limanının yeni binasında panellər silkələnməyə tab gətirə bilməyib və bəziləri tavandan aşağı düşüb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, hava limanında olan sərnişinlərdən biri yaralanıb.
Regional Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, qadının vəziyyəti qənaətbəxşdir.
Severo-Kurilsk, Şumşu və Tiliçkiyə üç reys təxirə salınıb - bu məlumatı hava limanının onlayn lövhəsi təqdim edib.
Xatırladaq ki, bu gün Kamçatka və Saxalində zəlzələlər baş verib. Sakinlərdən sakitliyə və diqqətli olmağa çağırılır.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...