KİV: İsrail hücumlarında SEPAH komandirləri və İranın yüksəkvəzifəli rəsmiləri ölüblər
İrana endirilən hücum zərbələri zamanı SEPAH komandirləri və ölkənin yüksəkvəzifəli rəsmiləri arasında ölənlər var.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin da İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Oxşar xəbərlər
ABŞ və Qazaxıstanın Xəzər dənizi vasitəsilə neft tədarükünü müzakirə ediblər
ABŞ-nin Dövlət katibi Marko Rubio Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu vasitəsilə neftin fasiləs...