KİV: Fransa, Almaniya və Polşa XİN başçıları Trampın andiçməsindən sonra ABŞ-yə səfər edəcəklər

KİV: Fransa, Almaniya və Polşa XİN başçıları Trampın andiçməsindən sonra ABŞ-yə səfər edəcəklər
Dünya 114

Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri Annalena Berbok, Jan-Noel Barro və Radoslav Sikorski ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra Vaşinqtona səfər etməyi planlaşdırırlar.

"Report" xəbər verir ki, bu barədə "Politico" üç avropalı diplomata istinadən məlumat yayıb.

"Xarici siyasət idarələrinin rəhbərləri bununla Avropanın birliyini nümayiş etdirmək istəyirlər", - qəzetin müsahibləri bildiriblər.

Səfərin tarixi hələ təsdiqlənməyib, detalları isə müzakirə olunur. Agentliyin məlumatına görə, Almaniya, Fransa və Polşa XİN başçılarını Avropa diplomatiyasının rəhbəri Kaya Kallas müşayiət edə bilər.

Oxşar xəbərlər

Maduro Kolumbiya sərhədi və sahillərə 25 min hərbçi göndərdi

Maduro Kolumbiya sərhədi və sahillərə 25 min hərbçi göndərdi

Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhəd bölgələrinə, həmçinin Karib dənizi və Atlantik sahillərinə 25 min hərbçinin yerləşdirilməsinə göstəriş...

77 Dünya 08:58 08 sentyabr 2025

Son xəbərlər