KİV: Cənubi Koreya Prezidentinin impiçmenti parlamentdə kvorum olmadığı üçün baş tutmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreya Prezidenti Yun Sok Yolun impiçmenti parlamentdə kvorum olmadığı üçün baş tutmayıb.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, Cənubi Koreya müxalifəti prezidentə impiçment elan etmək üçün parlamentin 300 deputatından ən azı 200-nün dəstəyini almalı idi.
Eyni zamanda prezidentyönümlü hakim partiya parlamentdə 108 səsə malikdir və onlardan yalnız üç nümayəndə səsverməyə qatılıb.
Xatırladaq ki, daha əvvəl Koreya Respublikasının altı müxalifət partiyası Prezident Yun Sok Yolun impiçmenti ilə bağlı təklif irəli sürüb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...