KİV: ABŞ İranın Xarq adasını ələ keçirmək istəyir

KİV: ABŞ İranın Xarq adasını ələ keçirmək istəyir
Dünya 28

ABŞ İranın Xarq adasını ələ keçirmək məqsədilə Dəniz Piyadaları Korpusu və Hərbi Dəniz Qüvvələri bölmələrinin Yaxın Şərqə yerləşdirilməsi prosesini sürətləndirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, ABŞ-nin yüksək vəzifəli rəsmiləri son günlərdə İsraildə və digər yerlərdəki həmkarlarına bildiriblər ki, Vaşinqtonun Xarq adasını ələ keçirmək üçün quru hərbi əməliyyatına başlamaqdan başqa çarəsi qalmayacaq.

Amerikalı bir rəsmi "The Jerusalem Post" qəzetinə ABŞ ordusunun minlərlə dəniz piyadası və donanma heyətinin Yaxın Şərqə yerləşdirilməsi prosesini sürətləndirdiyini təsdiqləyib.

Bundan əvvəl "Axios" ABŞ administrasiyasının İranın neft ixracının əsas mərkəzi olan Xarq adasını ələ keçirmək və ya təcrid etmək variantlarını nəzərdən keçirdiyini bildirmişdi. Portala görə, Vaşinqton İranı Hörmüz boğazını "açmağa" məcbur etməyə ümid edir.

Son xəbərlər