KİV: ABŞ Hörmüz boğazının açılması üçün İranın aktivlərinin bir hissəsini blokdan çıxaracaq

KİV: ABŞ Hörmüz boğazının açılması üçün İranın aktivlərinin bir hissəsini blokdan çıxaracaq
Dünya 47

ABŞ İranın Qətər və digər ölkələrdəki dondurulmuş aktivlərini blokdan çıxarmağa razılaşıb, buna cavab olaraq Tehran Hörmüz boğazının açılmasını təmin edəcək.

BAKU.WS report-a iastinadən xəbər verir ki, bu barədə İrandan olan mənbəyə istinadən Yaxın Şərq KİV-ləri məlumat yayıb.

Mənbənin sözlərinə görə, aktivlərin blokdan çıxarılması Hörmüz boğazı vasitəsilə təhlükəsiz gəmiçiliyin təmin edilməsi ilə birbaşa bağlıdır ki, bu da gözlənildiyi kimi İslamabaddakı danışıqlarda əsas məsələ olacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

ABŞ və İran arasında İslamabadda danışıqlar yerli vaxtla 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlamalıdır.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqların əsas mövzuları kimi hərbi əməliyyatların dayandırılması, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət müəyyən edilib.

Tehran dialoqun yalnız Livanda atəşkəs və sanksiyaların qismən ləğvi şərti ilə başlamasında israr edir, Vaşinqton isə məhdudiyyətlərin yumşaldılmasını yalnız Tehranın nüvə və raket proqramları ilə bağlı güzəştləri müqabilində müzakirə etməyə hazırdır.

Tərəflər Hörmüz boğazının statusu məsələsində də fərqli mövqedədirlər: İran faktiki nəzarət və tranzit üçün ödəniş almaq hüququ tələb edir, ABŞ isə onun beynəlxalq gəmiçilik üçün tam açıq olmasında israrlıdır.

Əlavə olaraq Tehran dondurulmuş aktivlərin açılması və münaqişə nəticəsində ona dəyən ziyana görə kompensasiya ödənilməsi məsələsini qaldırır.

İran həmçinin ABŞ qoşunlarının Yaxın Şərqdən çıxarılmasını və hücum edilməyəcəyinə dair zəmanət tələb edir, Prezident Donald Tramp administrasiyası isə tam razılaşma əldə olunana qədər hərbi mövcudluğun saxlanılmasını mümkün hesab edir və danışıqlar uğursuzluqla nəticələnəcəyi təqdirdə eskalasiyanı istisna etmir.

Son xəbərlər