Kirkorovun klipində çəkilmək üçün fantastik məbləğ tələb olunur

Rusiya şou-bzinesinin məşhur müğənnisi Filipp Kirkorovun kilipinə çəkilmək üçün bir sərvət ödəmək lazımdır.
BAKU.WS xəbər verir ki, bu barədə müğənninin prodüseri Sergey Lavrov bildirib.
O qeyd edib ki, müğənni ilə birlikdə klipində çəkilib onunla birlikdə qırmızı yola çıxmaq üçün 168 milyon rubl (2 milyon 719 927 AZN) ödəmək lazımdır.
Prodüserin sözlərinə görə, böyük sənətkarlar daha çox danışıqlara "xidmət paketi" ilə başlayırlar. Bu paketə birgə klip çəkmək, mahnı yazmaq və birgə onu təqdim etmək daxildir. Cibində 1,5 milyon avro varsa Filip Kirkorovla yola çıxmaq mümkündür. Lavrov deyib ki, Nikolay Baskovun da qiyməti eynidir.
Lavrov populyar ifaçıların kliplərinin çəkilişin adətən daha bahalı olduğunu bildirib.
Oxşar xəbərlər
Bu ölkələrdə avtobus, metro, tramvay pulsuzdur
Bəzi ölkələrdə ictimai nəqliyyat tamamilə ödənişsizdir. Bu bəzən xüsusi təbəqədən olan insanlara, bəzən də bütün yerli əhaliyə şamil olunur. Hətta elə ölkələr v...
