Keniyada sabiq baş nazirin yas mərasimində izdiham: Ölənlər və çoxlu yaralılar var
Keniyanın vəfat edən keçmiş baş naziri Raila Odinqa ilə Kisumi şəhərindəki stadionda oktyabrın 18-də keçirilən vida mərasimində yaşanan izdiham zamanı yüzlərlə insan xəsarət alıb, ölənlərin olduğu da bildirilir.
BAKU.WS Oxu.Az-aə istinadən xəbər verir ki, eks baş nazir oktyabrın 15-də 80 yaşında vəfat edib.
Siyasətçinin anım (vida) mərasimləri oktyabrın 16-da başlayıb, ayın 19-dək davam edəcək.
Dəfn mərasimi bazar günü onun atasının Bondodakı məqbərəsi yaxınlığında baş tutacaq. Bu mərasimdə yalnız yaxın adamlar iştirak edəcək.
Oktyabrın 16 və 17-də Keniyanın paytaxtı Nayrobidə də vida mərasimi keçirilib. Məlumata görə, oktyabrın 16-da polis cənazə korteji üçün yolu açarkən izdihamda dörd nəfər həlak olub. Həmin vaxt onlarla sakin yaralanıb. Oktyabrın 17-də keçirilən vida mərasimində isə iki nəfərin öldüyü və 160-dan çox yaralanma olduğu qeyd edilir.
İzdiham zamanı polisin gözyaşardıcı qazdan və odlu silahdan istifadə etdiyi də vurğulanır.
Oxşar xəbərlər
Tehran kafelərində qəlyan və canlı musiqi qadağan edildi
İranın Tehran şəhərində kafelərdə qəlyan təqdim edilməsi, canlı musiqi ifalarının təşkili və DJ fəaliyyətinə qadağa qoyulub. BAKU.WS xəbər verir ki, bunu Tehran...