Keniyada mitinq zamanı partlayış: 11 ölü, 65 yaralı
Konqo Demokratik Respublikasının Bukavu şəhərində M23 üsyançı qrupunun təşkil etdiyi mitinq zamanı partlayış baş verib. Hadisə nəticəsində azı 11 nəfər həyatını itirib, 65 nəfər yaralanıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Mərkəzi Afrikanın münaqişə bölgələrindən olan Konqo Demokratik Respublikasında M23 üsyançı qrupu iki həftə əvvəl Bukavu şəhərinin nəzarətini ələ keçirdikdən sonra mitinq təşkil edib. Mitinq zamanı ardıcıl partlayışlar baş verib. Kongo Nehri Alyansı (AFC) liderlərindən biri olan Kornel Nanga partlayışın əl bombaları ilə törədildiyini, 11 nəfərin öldüyünü və 65 nəfərin yaralandığını bildirib.
M23 qruplaşması partlayışın məsuliyyətini Konqo Demokratik Respublikası hökumətinin üzərinə atıb. Qrupun açıqlamasına görə, hücumu təşkil edənlərdən bəziləri ölüb və ya yaralanıb, 2 şübhəli isə saxlanılıb.
Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi hücumu pisləyərək "Konqo ərazisində qanunsuz şəkildə olan xarici ordunun törətdiyi iyrənc bir terror aktıdır" deyə bəyanat verib.
Oxşar xəbərlər
Amerikada cinayətkar polis əməkdaşlarına təcavüz etmək istəyib
ABŞ-nin Florida ştatında cinsi zorakılıq ittihamı ilə saxlanılan şəxs həbsxanaya aparılarkən qadın polis əməkdaşını da cinsi zorakılığa məruz qoymağa cəhd edib....