Kenan İmirzalıoğlu "Abi" ilə qayıdır
Məşhur aktyor Kenan İmirzalıoğlu uzun müddətdən sonra yeni serialla ekranlara qayıdır.
BAKU.WS xəbər verir ki, o "Abi" adlı ekran əsərində rol alacaq. Aktyor artıq serialı çəkən "OGM" şirkəti ilə müqavilə imzalayıb.
Yeni ekran işi ATV kanalında yayımlanacaq.
Serialda bir ailənin həyat hekayəsindən bəhs ediləcək.
Ekran işinin süjet xətti tam açıqlanmasa da ümumi olaraq məlumat verilib.
"Bəzən ailə həyatın ən çətin imtahanıdır. İllər əvvəl ailəsindən imtina edən kişi, illər sonra müvəffəqiyyətli bir həkim kimi eyni imtahana məruz qalacaq; həyat onu ailəsi ilə vicdanı arasında seçim etməyə məcbur edəcək" - deyə, məlumatda qeyd edilib.
Layihənin nə vaxt yayımlanacağı isə hələ ki, açıqlanmayıb.
Oxşar xəbərlər
ABŞ bu regiona qırıcılar və PUA-larını göndərdi
ABŞ Karib regionunda hərbi fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirib. ABŞ Hərbi Hava Qüvvələri regiondakı bazalarda və gəmilərdə yeddi döyüş təyyarəsi eskad...