Keçmiş həyat yoldaşı 63 yaşlı Tom Kruzla 37 yaşlı sevgilisinə REAKSİYA VERDİ

Keçmiş həyat yoldaşı 63 yaşlı Tom Kruzla 37 yaşlı sevgilisinə REAKSİYA VERDİ
Foto
Dünya 308

Hollivud ulduzu Tom Kruzun keçmiş həyat yoldaşı Keti Holms addımı ilə hər kəsi təəccübləndirib. 

BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə müzakirələrə səbəb olan bir payalşımı bəyənib.

Paylaşımda Tom Kruzla Ana de Armasın uzun müddətdir eşq yaşadığı qeyd edilib. Keti Holmsun bu paylaşımı bəyənməsi dünya mətbuatının diqqətini çəkib. 

"Keti Holmsun bu addımı Tomla Ana de Armasın eşqini təsdiqlədi" başlıqları ilə xəbərlər dərc edilib. 

Mediada keçmiş həyat yoldaşı barədə heç vaxt danışmayan Ketinin bu addımı xeyli müzakirələr yaradıb. 

Xatırladaq ki, 2012-ci ildə boşanan cütlüyün 19 yaşında Suri adlı qızları var. Surinin 2013-cü ildən bəri atası ilə görüşmədiyi bildirilir. 

Məlumat üçün bildirək ki, 63 yaşlı Tom Kruzun adı uzun müddətdir 37 yaşlı kubalı aktrisa Ana de Armasla anılır. Onlar çalışdıqları qədər bu sevgini mətbuatdan və ictimaiyyətdən gizlədirlər. 

Cütlüyün yaxın zamanlarda eyni layihədə rol alacağı da gündəm mövzular arasındadır. 

Son xəbərlər