Keçmiş futbolçu restoranda həyat yoldaşına sillə vurdu, saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Keçmiş futbolçu Nihat Kahveci ötən gün saxlanılıb.
BAKU.WS xəbər verir ki, buna səbəb onun Sarıyerdə restoranlarından birində həyat yoldaşı Fulya Sever Kahveciyə şiddət göstərməsi olub.
Şahidlərin sözlərinə görə, cütlük arasında naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisənin şiddətlənməsi nəticəsində Nihat Kahvecinin həyat yoldaşına sillə vurduğu, daha sonra isə masadakı şüşəni ona tərəf atdığı iddia olunub.
Restorandakı digər müştərilərin və heyətin xəbərdarlığı ilə hadisə yerinə Sarıyer Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Həyat yoldaşına şiddət göstərdiyi iddiası ilə saxlanılan keçmiş futbolçu polis bölməsinə aparılıb.
İstintaq çərçivəsində məhkəməyə sövq edilən N. Kahveci sərbəst buraxılıb.
Fulya Sever Kahveci isə açıqlama yayaraq yaşananları təkzib edib:
"Biz Nihat Kahveci ilə 2018-ci ildən bəri evliyik və iki övladımız var. 8 ildir ki, sevgi və hörmət çərçivəsində, münasibətimizi qoruyaraq yaşamışıq. Əlbəttə ki, cütlüklər arasında fikir ayrılıqları və mübahisələr ola bilər, lakin bu, ərimin mənə şiddət göstərməsi demək deyil. Belə yalan xəbərləri və bunu yayanları qınayıram. Heç olmasa, məlumatı dəqiqləşdirmək üçün bizimlə əlaqə saxlaya bilərdiniz".
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...