Kazan hava limanı fəaliyyətini bərpa edib
Yeniliklərdən dərhal xəbərdar olun
Kazan hava limanı reyslərin qəbulu və göndərişini bərpa edib. Hava limanı təxminən iki yarım saat bağlı qaldıqdan sonra məhdudiyyətlər yerli vaxtıla saat 10:00-da aradan qaldırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Rosaviatsiya" məlumat yayıb.
Məhdudiyyətlər qüvvədə olduğu dövrdə Kazana uçan beş təyyarə ehtiyat hava limanlarına yönləndirilib.
Bu gün, 23 aprel səhər saatlarında Nijnekamsk və Ulyanovsk hava limanlarında da uçuşlara məhdudiyyət qoyulmuşdu. Ulyanovskda artıq həmin məhdudiyyətlər də ləğv edilib.
Hakimiyyət orqanları məhdudiyyətlərin tətbiq olunma səbəbi kimi mülki aviasiya üçün uçuşların təhlükəsizliyinin təmin olunmasını göstərib. Adətən bu, PUA hücumu təhlükəsi ilə əlaqələndirilir.
Oxşar xəbərlər
Süni intellektlə şirkət rəhbərlərini təqlid edərək 130 milyon dollarlıq dələduzluq etdilər
ABŞ-də süni intellekt vasitəsilə şirkət rəhbərlərinin və hüquqşünasların səslərini təqlid edərək müxtəlif şirkətlərdən 129 milyon dollardan çox vəsait mənimsəmə...