Kanadada məktəbə silahlı hücum: Ən azı 10 nəfər ölüb

Kanadada məktəbə silahlı hücum: Ən azı 10 nəfər ölüb
Dünya 89

Kanadada məktəb və yaşayış evində baş verən silahlı hücum nəticəsində, aralarında hücumçunun da olduğu azı 10 nəfər həyatını itirib, 27 nəfər yaralanıb.

BAKU.WS-nin Kanada Kral Atlı Polisi (RCMP) məlumatına istinadən yaydığı xəbərə görə, hadisə Tumbler Ridge bölgəsindəki məktəbdə baş verib. Məktəbdə 6 nəfər ölüb, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda vəfat edib. Polis yaxınlıqdakı evdə daha 2 nəfərin meyitinin tapıldığını, hücumçu olduğu ehtimal edilən bir şəxsin də ölü aşkarlandığını bildirib.

Rəsmi məlumata görə, 2 yaralının vəziyyəti ağırdır, 25 nəfər isə həyati təhlükəsi olmayan xəsarətlərlə tibbi yardım alır. Məktəbdəki təxminən 100 şagird və əməkdaş təhlükəsiz şəkildə təxliyə edilib. Bölgədə ibtidai və orta məktəblərdə dərslər müvəqqəti dayandırılıb.

Baş nazir Mark Karni hadisəni dəhşətli faciə adlandıraraq həlak olanların ailələrinə başsağlığı verib. Britaniya Kolumbiyasının baş naziri Devid Ebi və Tumbler Ridge meri Darryl Krakovka da icmanı həmrəyliyə çağırıblar.

Bu hadisə 1989-cu ildə Monrealda 14 nəfərin öldüyü hücumdan sonra Kanada tarixində ən qanlı ikinci məktəb hücumu kimi qeydə alınıb.

Son xəbərlər