"KamAZ" 2028-ci ildə pilotsuz yük maşınlarının seriyalı istehsalına başlayacaq

Rusiyanın avtomobil sənayesinin nəhənglərindən biri olan "KamAZ" şirkəti 2028-ci ildən etibarən pilotsuz yük maşınlarının seriyalı istehsalına başlayacaq.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sergey Kogogin məlumat verib.
Açıqlama Mərkəzi Halqa Avtomobil Yolunda (ÇKAD) pilotsuz yük maşınlarının hərəkətə başlaması münasibətilə verilib.
Hazırda Moskva regionunda sınaq məqsədilə üç pilotsuz avtomobil istifadəyə verilib: ikisi "MAYAK-1", biri isə ikinci nəsil "MAYAK-2" modeli.
"Hazırda ikinci nəsil "MAYAK-2" maşınlarını sınaqdan keçiririk. Onlar hər keçən gün kütləvi istehsala daha da yaxınlaşır", – deyə Kogogin bildirib.
Şirkət rəhbəri əlavə edib ki, 2025-ci ildə "MAYAK-2.5" modeli istifadəyə veriləcək. 1,5-2 il sonra isə seriyaya maksimal yaxın olan "MAYAK-3" modelinin təqdim olunması planlaşdırılır.
Qeyd olunub ki, "MAYAK-2" modeli əvvəlki versiya olan "MAYAK-1" üzərində aparılmış ciddi yenidən işləmələr nəticəsində yaradılıb. Bu, təkcə texniki yenilikləri deyil, həm də komponent bazasının tam şəkildə yenilənməsini əhatə edir.
Oxşar xəbərlər
İzləyicisinə "Yox" cavabı verən "Tiktoker" ÖLDÜRÜLDÜ
Pakistanda 17 yaşlı TikTok fenomeni Sana Yousaf uzun müddət onu narahat edən şəxs tərəfindən öldürülüb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, gənc qız...
