Jurnalist Rasim Ozan Kütahyalı barəsində həbs qərarı verildi

Jurnalist Rasim Ozan Kütahyalı barəsində həbs qərarı verildi
Dünya 137

Türkiyəli jurnalist Rasim Ozan Kütahyalı haqqında "çaşdırıcı məlumatları açıq şəkildə yaymaq" ittihamı ilə başlanmış istintaq çərçivəsində həbs qərarı verilib.

BAKU.WS xəbər verir ki, Kütahyalı, CHP-nin 38-ci Qurultayında saxtakarlıq iddialarına istinad edərək sosial şəbəkədə partiyaya qəyyumluq (nəzarətçi təyin olunacağı) ilə bağlı paylaşım etmişdi. Onun iddiasına görə, 42-ci Asliye Hüquq Məhkəməsində keçiriləcək iclasdan sonra CHP-yə qəyyum təyin olunacaqdı.

Bu paylaşım cəmiyyətdə ciddi ajiotaj yaratmış, ard-arda rəsmi açıqlamalar gəlmişdi. Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi və Ədliyyə naziri Yılmaz Tunç yayılan məlumatların yalan və manipulyativ olduğunu bəyan ediblər.

Ankara Baş Prokurorluğu məsələ ilə bağlı cinayət işi başladıb və nəticədə Rasim Ozan Kütahyalı barəsində həbs qərarı çıxarılıb.

Son xəbərlər