"Jurassic Park" seriyasının yeni filmi 318 milyon dollarla rekord qırdı

08
iyl
2025
16:43
32 illik "Jurassic Park" seriyasının "Jurassic World Rebirth" filmi gözləniləndən daha çox gəlir gətirərək rekord qırıb.
BAKU.WS xəbər verir ki, ekran işi sadəcə ABŞ-də 147.3 milyon, ümumilikdə isə dünyada isə 318 milyon dollar gəlir gətirib.
Bu barədə "Variety" məlumat yayıb. Qeyd edilib ki, bununla da ekran işi rekord qırıb.
"CNN" yaydığı məlumata görə isə, insanların kinoteatrlara marağının azaldığı bir vaxtda bu Hollivud üçün böyük zəfərdir.
Qeyd edək ki, "Jurassic Park" filmi ilk dəfə 1993-cü ildə çəkilib. Rejissoru Stiven Spilberqdir.

Oxşar xəbərlər
ABŞ-də qızılca hallarında ciddi artım müşahidə olunur
ABŞ-də qızılca hallarında ciddi artım müşahidə olunur. BAKU.WS xəbər verir ki, ABŞ-də qızılcaya yoluxma halları son 33 ilin ən yüksək səviyyəsinə çatıb. 2025-ci...
