İtaliyada muzeydən XV əsrə aid qiymətli sənət əsərləri oğurlanıb

İtaliyada muzeydən XV əsrə aid qiymətli sənət əsərləri oğurlanıb
Dünya 15

İtaliyanın Siciliya bölgəsində yerləşən muzeydən İntibah dövrünün görkəmli rəssamı Antonello da Messinaya aid dörd qiymətli sənət əsəri oğurlanıb.

BAKU.WS İtaliya Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, oğurluq rəssamın doğulduğu Messina şəhərində yerləşən muzeydə qeydə alınıb. Naməlum şəxslər XV əsrə aid Müqəddəs Qriqori poliptixinin beş panelindən üçünü də ələ keçiriblər.

Hadisə İtaliya dövlətinin bir neçə ay əvvəl Nyu-Yorkda keçirilən hərracda Antonello da Messinaya məxsus "Ecce Homo" əsərini təxminən 15 milyon dollara satın almasından sonra baş verib.

Messina şəhərinin meri Federiko Bazile oğurluğu ciddi narahatlıq doğuran hadisə kimi qiymətləndirib. O bildirib ki, cinayətin şəhərdə Müqəddəs Məryəmin şərəfinə keçirilən ənənəvi bayram günlərində törədilməsi hadisəyə əlavə həssaslıq qazandırır.

Qeyd edək ki, İtaliyada son dövrlər sənət əsərlərinin oğurlanması halları diqqət çəkir. Bir neçə gün əvvəl ölkə polisi Parma yaxınlığındakı muzeydən mart ayında oğurlanmış, ümumi dəyəri 9 milyon avrodan çox olan Renuar, Pol Sezann və Anri Matissə aid üç tablonun tapıldığını açıqlamışdı. İstintaqın ilkin nəticələrinə görə, həmin oğurluq Moldova vətəndaşlarından ibarət olduğu ehtimal edilən qrup tərəfindən törədilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər