İtaliya Katolik Kilsəsində 115 nəfər cinsi istismara məruz qalıb

İtaliya Katolik Kilsəsinin ən yüksək qurumu olan İtaliya Piskoposlar Konfransı (CEI), 2023-2024-cü illəri əhatə edən dövrdə kilsə daxilində cinsi istismar və hücum hallarına dair üçüncü hesabatını ictimaiyyətlə bölüşüb.
BAKU.WS xəbər verir ki, hesabata əsasən, bu müddət ərzində cinsi istismara məruz qalanların sayı 115 nəfər olub. Zərərçəkənlərin 64-ü kişi, 51-i isə qadındır.
Cinsi istismara qarışmış şəxslərin ümumi sayı 67 nəfər kimi göstərilib. Bunlardan 65-i kişidir və 44-ü kilsədə rəsmi vəzifə daşıyan din adamlarıdır.
Hesabatda ən çox zərərçəkən yaş qrupunun 10-14 yaş arası uşaqlar olduğu qeyd edilib. Bu yaş qrupu ümumi zərərçəkənlərin 31,3 faizini təşkil edir.
İtaliya mətbuatında yayımlanan xəbərlərdə cinsi istismar hallarında artım müşahidə olunduğu vurğulanıb.
Oxşar xəbərlər
Havada olan təyyarənin tualetində çılpaq halda rəqs edən stüard tutulub
British Airways-ə məxsus təyyarənin biznes klass tualetində stüard çılpaq rəqs edərkən tapılıb. BAKU.WS The Sun-a istinadən xəbər verir ki, hadisə uçuş zamanı,...
