İtaliya İsveçrədəki səfirini geri çağırdı
Yeni il gecəsi baş verən yanğında 40-dan çox insanın öldüyü Kran-Montanadakı barın həmtəsisçisi Jak Morettinin azad edilməsi qərarına etiraz olaraq İtaliya İsveçrədəki səfirini geri çağırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
İtaliyanın Baş naziri Corcia Meloni və xarici işlər naziri Antonio Tayani səfir Can Lorentso Kornadoya Morettinin azad edilməsi qərarını pisləmək üçün yerli prokurorluqla əlaqə saxlamağı tapşırıblar.
Onlar, həmçinin atılmalı olan növbəti addımların müəyyən etmək üçün diplomatı geri çağırıblar.
Xatırladaq ki, İsveçrənin Kran-Montana şəhərindəki "Le Constellation" barında partlayış və yanğın yanvarın 1-də baş verib. Yanğın nəticəsində 6 İtaliya vətəndaşı həlak olub, 10 nəfər yaralanıb.
Oxşar xəbərlər
İsrailin Beyruta zərbəsi nəticəsində dörd İran diplomatı həlak olub
İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı həlak olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın BMT...