İtaliya Dünya Kuboku təklifini rədd etdi: "Nə mümkün, nə də uyğun deyil"
İtaliya hökuməti ölkənin 2026-cı il Dünya Kubokuna sonradan qoşulması ilə bağlı təklifi qəbul etməyib.
BAKU.WS xəbər verir ki, İtaliyanın idman naziri Andrea Abodi bildirib ki, bu cür addım nə mümkün, nə də uyğun sayılır. O vurğulayıb ki, dünya çempionatına vəsiqə yalnız meydanda qazanılmalıdır.
Məlumata görə, təklif ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Paolo Zampolli tərəfindən irəli sürülüb. O, İtaliyanın İranın əvəzinə turnirdə iştirak etməsini təklif edib və bunu ölkənin futbol tarixindəki uğurları ilə əsaslandırıb.
Lakin İtaliya tərəfi bu yanaşmanı qəbul etməyib. Nazir qeyd edib ki, seçmə mərhələlərdən kənar bu cür qərarlar idman prinsiplərinə ziddir.
Hazırda İranın turnirdə iştirakı ilə bağlı vəziyyət tam aydın deyil. Bununla belə, FIFA prezidenti Gianni Infantino daha əvvəl İranın yarışda iştirak edəcəyini bildirib.
Qeyd olunur ki, əgər İran turnirdən kənarlaşdırılarsa, onun yerini İtaliya deyil, Asiya zonasından ən yüksək reytinqli komanda tuta bilər.
Oxşar xəbərlər
"Kainat gözəli" təqdim olunan model qaynanası tərəfində ÖLDÜRÜLDÜ
Meksikada model və gözəllik müsabiqəsi iştirakçısı Karolina Flores Qomes silahlı hücum nəticəsində həyatını itirib. BAKU.WS xəbər verir ki, 27 yaşlı qadın payta...