İsveçrədə əhalinin sayı 10 milyonla məhdudlaşdırıla bilər
İsveçrədə seçicilər 14 iyunda keçiriləcək referendumda ölkə əhalisinin 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təşəbbüsü səsverməyə çıxaracaqlar.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, sağçı İsveçrə Xalq Partiyasının (SVP) dəstəklədiyi "On milyonluq İsveçrəyə yox" adlı təşəbbüsə əsasən, ölkənin daimi yaşayan əhalisi 2050-ci ilə qədər 10 milyonu keçməməlidir. Əhali sayı 9,5 milyonu ötərsə, hökumət və parlament, xüsusilə sığınacaq və ailə birləşməsi sahəsində məhdudlaşdırıcı tədbirlər görməlidir.
Təşəbbüs müəllifləri hesab edirlər ki, əhalinin sürətli artımı infrastruktur üzərində təzyiq yaradır, kirayə qiymətlərini yüksəldir və milli kimliyə təsir göstərir. Hökumət və parlamentin əksəriyyəti isə bu təşəbbüsün problemləri həll etməyəcəyini və əlavə çətinliklər yaradacağını bildirir.
Sənədə görə, görülən tədbirlər yetərli olmazsa, son addım kimi Avropa İttifaqı ilə şəxslərin sərbəst hərəkəti haqqında sazişə xitam verilməsi də gündəmə gələ bilər.
Hazırda İsveçrənin əhalisi təxminən 9,1 milyon nəfərdir.
Referendum çərçivəsində seçicilər həmçinin ictimai xidmət sahəsində islahatlarla bağlı təklifə də səs verəcəklər. Bu dəyişiklik ordudan mülki xidmətə keçənlərin sayını azaltmağı nəzərdə tutur.
Qeyd edək ki, birbaşa demokratiya sistemi ilə idarə olunan İsveçrədə 100 min imza toplanan təşəbbüslər ümumxalq səsverməsinə çıxarılır və qəbul edilərsə birbaşa qüvvəyə minir.
Oxşar xəbərlər
İstanbul Polis İdarəsinin qarşısında LÜKS AVTOMOBİL KOLLEKSİYASI
İstanbulda hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində avtomobil qaçaqmalçılığı ilə bağlı şəbəkə zərərsizləşdirilib. BAKU.WS xəbə...