İsveçrədə Alp dağlarından qopan buzlaq parçası bir kəndi məhv etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçrənin Valais kantonunda Lötschental vadisində yerləşən Blatten kəndi Alp dağlarından qopan buzlaq parçasının səbəb olduğu torpaq sürüşməsi nəticəsində demək olar ki, tamamilə yox olub.
BAKU.WS xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində bir nəfər itkin düşüb.
Təxminən 200 nəfərin yaşadığı kənd 19 may tarixində ehtiyat tədbiri olaraq əvvəlcədən təxliyə edilib. Lakin bu da faciənin qarşısını almağa kifayət etməyib. Kənd minlərlə ton palçıq və buzun altında qalıb.
Blatten Bələdiyyə Başçısı Mattias Bellvald keçirdiyi mətbuat konfransında belə deyib: "Kəndimizi itirdik. O, artıq dağıntılar altındadır. Amma yenidən quracağıq."
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...