İstanbulda yaşayış kompleksində partlayış baş verib, iki nəfər xəsarət alıb

İstanbulda yaşayış kompleksində partlayış baş verib, iki nəfər xəsarət alıb
Dünya 43

Türkiyənin İstanbul şəhərinin Zeytinburnu rayonunda yerləşən yaşayış kompleksində baş verən partlayış sakinlər arasında təşviş yaradıb.

BAKU.WS "Sabah" nəşrinə istinadən xəbər verir ki, hadisə kompleksin giriş hissəsində yerləşən karqo qəbul məntəqəsində qeydə alınıb. Məlumata görə, həmin ünvana çatdırılan bağlama qısa müddət sonra hələlik naməlum səbəbdən partlayıb.

İnsident nəticəsində iki nəfər yüngül xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya çatdırılıblar. Həkimlər yaralıların vəziyyətini stabil qiymətləndirir.

Partlayışın baş verdiyi ərazi təhlükəsizlik tədbirləri çərçivəsində mühasirəyə alınıb. Polis əməkdaşları hadisə yerində araşdırmalara başlayıb. Partlayışın dəqiq səbəblərinin aparılacaq texniki ekspertizadan sonra məlum olacağı bildirilib.

Oxşar xəbərlər

Son xəbərlər